Bakıda ilk dəfə "Puşkin balı" keçirilib.
Möhtəşəm tədbir Bakıdakı Rus evi və Azərbaycan Milli İncəsənət Muzeyi tərəfindən görkəmli rus şairi Aleksandr Sergeyeviç Puşkinin 225 illiyi çərçivəsində təşkil olunub.

XIX əsr balının rekonstruksiyasının böyük maraq doğurduğu gecədə iştirakçılar poeziya, gözəllik, dəbdəbə və zərafət dövrünə qərq olublar. Puşkin dövrü atmosferinin yaradıldığı balda şairin şeirlərinə romanslar səslənib, şeirlər oxunub, iştirakçılar o zamanın ənənəvi oyunlarını oynayıblar, mazurka, kadril və əlbəttə ki, gecənin ruhuna uyğun olaraq vals rəqslərini ifa ediblər.
Növ :
TədbirlərVaxt :
1 Noyabr 2024 - 1 Noyabr 2024event gallery