Azərbaycan Milli İncəsənət Muzeyinin Mədəniyyət və təhsil şöbəsinin müdiri v.m.i.e. Səbinə Məlikova Rusiyanın paytaxtı Moskva şəhərində M.İ.Rudomino adına Xarici Ədəbiyyat Kitabxanasının təşkilatçılığı, MDB ölkələrinin Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondunun dəstəyi ilə keçirilən "MDB mədəniyyət səfirlərinin beynəlxalq məktəbi"ndə iştirak edir.
Azərbaycan Milli İncəsənət Muzeyinin Mədəniyyət və təhsil şöbəsinin müdiri v.m.i.e. Səbinə Məlikova Rusiyanın paytaxtı Moskva şəhərində M.İ.Rudomino adına Xarici Ədəbiyyat Kitabxanasının təşkilatçılığı, MDB ölkələrinin Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondunun dəstəyi ilə keçirilən "MDB mədəniyyət səfirlərinin beynəlxalq məktəbi"ndə iştirak edir. Məktəb milli irsin effektiv təqdimatı və tanıdılması, auditoriya ilə iş və mədəniyyətlərarası dialoqun qurulması üçün mədəniyyət sahəsində çalışan gənc mütəxəssislərin peşə bacarıqlarının və səriştərələrinin inkişafı üçün bir platformadır. Beynəlxalq tədbirə "Azərbaycan Milli İncəsənət Muzeyi: tarixin dərinliyindən zamanın zirvəsinə kimi" adlı məruzə ilə qatılan Səbinə Məlikova təmsil etdiyi muzeyin tarixi, zəngin kolleksiyası, burada həyata keçirilən yeni proqram və innovativ layihələrdən bəhs edib.
Növ :
TədbirlərVaxt :
1 Noyabr 2024 - 1 Noyabr 2024event gallery