Azərbaycan Milli İncəsənət Muzeyində Novruz bayramının müjdəçilərindən olan Od çərşənbəsi münasibətilə konsert proqramı təşkil edilib.
Azərbaycan Milli İncəsənət Muzeyində Novruz bayramının müjdəçilərindən olan Od çərşənbəsi münasibətilə konsert proqramı təşkil edilib. Konsertin iştirakçıları Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin Abşeron Sosial Xidmət Mərkəzində reabilitasiya keçən 18 yaşınadək əlilliyi müəyyən edilmiş uşaqlar və onların valideynləri olublar. Qonaqlara öncə muzeyin ekspozisiyası haqqında məlumat verilib. Daha sonra onlar Azərbaycanın görkəmli bəstəkarlarının əsərlərindən ibarət konserti dinləyiblər, eləcə də gənc iştirakçıların ifasında xalq rəqslərini seyr ediblər.
Tədbirin sonunda öz məmnunluqlarını ifadə edən qonaqlar muzeydən xoş təəssüratlarla ayrılıblar.
Növ :
TədbirlərVaxt :
4 Mart 2025 - 4 Mart 2025event gallery