Azərbaycan Milli İncəsənət Muzeyində Novruz bayramının müjdəçilərindən olan Od çərşənbəsi münasibətilə konsert proqramı təşkil edilib.

Azərbaycan Milli İncəsənət Muzeyində Novruz bayramının müjdəçilərindən olan Od çərşənbəsi münasibətilə konsert proqramı təşkil edilib. Konsertin iştirakçıları  Əmək   və   Əhalinin   Sosial   Müdafiəsi   Nazirliyinin   tabeliyində   Sosial   Xidmətlər Agentliyinin   Abşeron   Sosial   Xidmət   Mərkəzində reabilitasiya keçən 18   yaşınadək   əlilliyi   müəyyən   edilmiş   uşaqlar və onların valideynləri olublar. Qonaqlara öncə muzeyin ekspozisiyası haqqında  məlumat verilib. Daha sonra onlar Azərbaycanın görkəmli bəstəkarlarının əsərlərindən ibarət konserti dinləyiblər, eləcə də gənc iştirakçıların ifasında  xalq rəqslərini seyr ediblər.

Tədbirin sonunda öz məmnunluqlarını ifadə edən qonaqlar muzeydən xoş təəssüratlarla ayrılıblar.

  • Növ :

    Tədbirlər
  • Vaxt :

    4 Mart 2025 - 4 Mart 2025

event gallery