Azərbaycan Milli İncəsənət Muzeyində 8 Noyabr-Zəfər Gününə həsr olunmuş tədbir keçirilib.

 

Azərbaycan Milli İncəsənət Muzeyində 8 Noyabr-Zəfər Gününə həsr olunmuş tədbir keçirilib.

Azərbaycan Respublikası Milli Qəhrəmanları Tanıtma İctimai Birliyi və Vətən Qəhrəmanları Cəmiyyətinin üzvlərinin qatıldığı tədbirdə əvvəlcə Dövlət Himni səsləndirilib, ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Daha sonra muzeyin Sərgi və tərtibat şöbəsinin müdiri, sənətşünas Əsəd Quliyevin əldə edilmiş şanlı qələbənin tarixi əhəmiyyətindən, incəsənətdə Zəfər mövzusunun əksindən bəhs edən məruzəsi dinlənilib. Milli Qəhrəmanları Tanıtma İctimai Birliyinin Nizami və Nərimanov rayonlarının sədri, Vətən Qəhrəmanları Cəmiyyətinin təsisçisi, aprel döyüşləri və 44 günlük Vətən müharibəsi iştirakçısı Ədhəm Məmmədov çıxış edərək Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi, müzəffər ordumuzun peşəkarlığı, hərb meydanında göstərdikləri qəhrəmanlıq sayəsində qazanılan böyük qalibiyyətin Azərbaycan dövlətinin gücünü bütün dünyaya nümayiş etdirdiyini söyləyib. Sonda Azərbaycan Milli İncəsənət Muzeyi tərəfindən hazırlanmış videoçarx nümayiş olunub. Tədbir iştirakçıları, həmçinin muzeyin daimi ekspozisiyası və hazırda davam edən sərgilərlə yaxından tanış olublar.

  • Növ :

    Tədbirlər
  • Vaxt :

    5 Noyabr 2024 - 5 Noyabr 2024