Azərbaycan Milli İncəsənət Muzeyi ölkəmizin lider mobil operator şirkəti olan “Azercell Telecom” MMC-nin törəmə şirkəti olan “A-Solutions Elektron Pul Təşkilatı" ilə birlikdə mədəni irsimizi yeni nəsil ödəniş həlli - akart vasitəsi ilə yaşatmaqda davam edir!

Muzeyimizin kolleksiyasından seçilmiş görkəmli rəssamlarımız – Səttar Bəhlulzadə, Vəcihə Səmədova, Tahir Salahov, Mikayıl Abdullayev, Əyub Məmmədov, Rasim Babayev və digər sənətkarların sevilən əsərlərini özündə əks etdirən bu eksklüziv akart kolleksiyası milli təsviri sənətimizi geniş auditoriyaya təqdim edir.
Bu unikal dizaynlar A-Solutions Elektron Pul Təşkilatı, Visa və Azərbaycan Milli İncəsənət Muzeyinin birgə əməkdaşlığı çərçivəsində hazırlanaraq 2024-cü ilin dekabr ayında abunəçilərin istifadəsinə verilib.
Hazırda 30 rəqəmsal kart dizaynı təqdim olunub və daha 15 əsərin kartlar üzərində əks etdirilməsi planlaşdırılır. Yeni kolleksiyaya Azərbaycan rəssamlarının “Novruz”, “Ramazan” və “Yaz” mövzularında əsərləri də daxil ediləcək.
Azərbaycan Milli İncəsənət Muzeyinin "Azercell Telekom" MMC-nin törəmə şirkəti olan “A-Solutions Elektron Pul Təşkilatı" ilə bu əməkdaşlığı milli irsimizin geniş ictimaiyyət arasında təbliğ edilməsində böyük rol oynayacaqdır.
Növ :
TədbirlərVaxt :
2 Dekabr 2024 - 31 Mart 2025event gallery