Azərbaycan Milli İncəsənət Muzeyi Asiya Mədəniyyət Mərkəzinin IV Qlobal ekspertlər təlimində iştirak edib.

Azərbaycan Milli İncəsənət Muzeyi Asiya Mədəniyyət Mərkəzinin IV Qlobal ekspertlər təlimində iştirak edib.

2024-cü il 26-30 noyabr tarixlərində Azərbaycan Milli İncəsənət Muzeyinin (AMİM) Beynəlxalq əlaqələr şöbəsinin müdiri Rəma Zeynalova və muzeyin elmi işçisi Sevil Kərimova Cənubi Koreyanın Kvancu şəhərində Asiya Mədəniyyət Mərkəzi tərəfindən təşkil edilmiş IV Qlobal ekspertlər təlimində iştirak ediblər.

Təlim mədəniyyət və muzey sahələrində media incəsənətinin konvergensiyası və rəqəmsal texnologiyaların inteqrasiyasına həsr olunub. İştirakçılar innovativ layihələrə dair mühazirələrdə və praktiki təhlil sessiyalarında iştirak etmiş, həmçinin Kvancu Biennalesi, Busan şəhərindəki İncəsənət Muzeyi, eləcə də Seuldakı Müasir İncəsənət Milli Muzeyi və Leeum İncəsənət Muzeyinin sərgiləri ilə tanış olublar. Muzeyin nümayəndələri AMİM-nin fəaliyyəti ilə bağlı təlim iştirakçılarını məlumatlandıraraq, burada tətbiq olunan rəqəmsal layihələrdən geniş bəhs etmiş, həmçinin gələcək əməkdaşlıq üçün müzakirələr aparmışlar.

  • Növ :

    Tədbirlər
  • Vaxt :

    18 Dekabr 2024 - 18 Dekabr 2024