10 aprel 2026-cı il tarixində Azərbaycan Milli İncəsənət Muzeyində Litva Respublikasının Baş naziri İnqa Ruqinienənin ölkəmizə rəsmi səfəri çərçivəsində konsert proqramı təşkil olunub.

10 aprel 2026-cı il tarixində Azərbaycan Milli İncəsənət Muzeyində Litva Respublikasının Baş naziri İnqa Ruqinienənin ölkəmizə rəsmi səfəri çərçivəsində konsert proqramı təşkil olunub.

Konsertdə Baş nazirin rəhbərlik etdiyi nümayəndə heyətinin üzvləri, Azərbaycan Respublikasının mədəniyyət naziri Adil Kərimli, Azərbaycanın Litvadakı və Litvanın Azərbaycandakı səfirləri, millət vəkilləri, eləcə də digər rəsmi qonaqlar iştirak ediblər.

Tədbir XIX əsrin nadir memarlıq nümunələrindən biri olan De Bur sarayında baş tutub.

Konsert proqramında Azərbaycan Milli Konservatoriyasının tələbə xoru (bədii rəhbər – Əməkdar müəllim Təranə Yusifova) və Bülbül adına Orta İxtisas Musiqi Məktəbinin şagirdlərinin ifasında Litva və Azərbaycan bəstəkarlarının əsərləri səsləndirilib.

Gənc musiqiçilərin çıxışları nümayəndə heyəti və rəsmi qonaqlar tərəfindən böyük maraq və alqışlarla qarşılanıb.

  • Növ :

    Tədbirlər
  • Vaxt :

    10 Aprel 2026 - 10 Aprel 2026

event gallery