17 mart tarixində Azərbaycan Milli İncəsənət Muzeyi və Uşaqların Sağlam Gələcəyi (USG) Erkən Müdaxilə Mərkəzinin birgə təşkilatçılığı ilə muzeydə Novruz bayramı qeyd olunub.
17 mart tarixində Azərbaycan Milli İncəsənət Muzeyi və Uşaqların Sağlam Gələcəyi (USG) Erkən Müdaxilə Mərkəzinin birgə təşkilatçılığı ilə muzeydə Novruz bayramı qeyd olunub.
İnklüziv xarakter daşıyan tədbir çərçivəsində 18-22 yaş arası gənclər öz yaradıcılıq bacarıqlarını nümayiş etdiriblər.
Gənclər tədbir zamanı Kosa obrazının aparıcılığı ilə Novruzun ənənələri, rəmzləri və mərasimləri ilə tanış olub, bayramın mənəvi dəyərləri barədə maarifləndiriliblər.
Proqram çərçivəsində ustad dərsi təşkil olunub, gənclər Novruz atributlarının hazırlanması prosesində iştirak edərək yaradıcılıq bacarıqlarını inkişaf etdiriblər.
Şən musiqi, interaktiv oyunlar və çıxışlar tədbirə xüsusi rəng qatıb, iştirakçılar tərəfindən böyük maraq və sevinc hissi ilə qarşılanıb.
Sonda tədbir iştirakçıları muzeyin zəngin ekspozisiyası ilə tanış olaraq Azərbaycan və dünya incəsənətinə aid nadir sənət nümunələri haqqında ətraflı məlumat əldə ediblər.
Növ :
TədbirlərVaxt :
17 Mart 2026 - 17 Mart 2026event gallery