Martın 10-da Yel çərşənbəsi və Milli Teatr Günü münasibətilə Azərbaycan Milli İncəsənət Muzeyində Azərbaycan Milli Konservatoriyasının nəzdində İncəsənət Gimnaziyasının Xoreoqrafiya şöbəsinin şagirdləri tərəfindən konsert proqramı təqdim olunub.

Konsert proqramında “Bayram axşamı”, “Şən oğlanlar”, “Şələqoy”, “Nəlbəki”, “Bahar”, “Dolayı”, “Tello”, “Novruzu” və “Şuşa” kimi rəqslər, həmçinin “Aman nənə” xor nömrəsi səsləndirilib.

Proqram boyu aparıcıların təqdimatları, Kosa səhnəciyi və bayatılar Novruz ənənələrinin ab-havasını daha da canlandırıb.

Şagirdlərin rəngarəng çıxışları tamaşaçılar tərəfindən maraqla qarşılanıb və alqışlarla müşayiət olunub.

  • Növ :

    Tədbirlər
  • Vaxt :

    10 Mart 2026 - 10 Mart 2026

event gallery