3 Mart 2026-cı il tarixində Azərbaycan Milli İncəsənət Muzeyində Mədəniyyət Nazirliyi və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Sosial Xidmətlər Agentliyi birgə təşkilatçılığı ilə Novruz bayramına həsr olunmuş “Od çərşənbəsi” adlı bayram konserti keçirilib.

İnklüziv dəyərləri təşviq edən tədbirdə “Parla” inklüziv mədəni kollektivinin üzvləri çıxış ediblər.
Konsert proqramı müxtəlif musiqi və rəqs nömrələri ilə yadda qalıb. İştirakçılar tərəfindən “Bayatı-Şiraz”, “Cənnətim Qarabağ”, “Şuşanın dağları” kimi musiqi nümunələri səsləndirilib, həmçinin “Uzundərə” və “Yüz biri” rəqsləri təqdim olunub.
Tədbirdə Novruz bayramına həsr edilmiş şeir səsləndirilib, “Çırpınırdı Qara dəniz” mahnısı ifa olunub və “Biz mehriban ailəyik” kompozisiyası ilə proqram yekunlaşıb.
Səmimi və bayram ab-havasında keçən konsert inklüziv sənətin gücünü bir daha nümayiş etdirərək iştirakçılara unudulmaz anlar yaşadıb.
Tədbirdən sonra balacalar “Azərbaycan incəsənət xəzinəsi” , “1920-1980-ci illər Azərbaycan rəngkarlığı və qrafikası” adlı daimi ekspozisiyalarla və Xalq rəssamı Davud Kazımovun 100 illik yubileyinə həsr olunmuş sərgi ilə tanış olublar.
Ekskursiya uşaqlarda böyük maraq və xoş təəssürat yaradıb.
Növ :
TədbirlərVaxt :
3 Mart 2026 - 3 Mart 2026event gallery