Fevralın 11-də Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin 2025-ci ildəki fəaliyyətinə dair genişləndirilmiş kollegiya iclası keçirilib.

Fevralın 11-də Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin 2025-ci ildəki fəaliyyətinə dair genişləndirilmiş kollegiya iclası keçirilib.

Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrında baş tutan iclasda mədəniyyət naziri Adil Kərimli, kollegiyanın üzvləri, Milli Məclisin Mədəniyyət komitəsinin sədri Polad Bülbüloğlu, komitənin üzvləri, müvafiq ali təhsil ocaqlarının, yaradıcılıq təşkilatlarının rəhbər və nümayəndələri, tanınmış mədəniyyət xadimləri, nazirliyin tabe qurumlarının rəhbərləri iştirak ediblər.

Muzey və sərgi müəssisələrinin 2025-ci ilə dair hesabat sessiyasında Milli Azərbaycan Tarixi Muzeyi, Azərbaycan Milli Xalça Muzeyi, Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyi, Azərbaycan Milli İncəsənət Muzeyi, Qobustan Milli Tarix-Bədii Qoruğu və Azərbaycan Dövlət Rəsm Qalereyasının fəaliyyəti ilə bağlı məruzələr təqdim olunub.

  • Növ :

    Tədbirlər
  • Vaxt :

    11 Fevral 2026 - 11 Fevral 2026

event gallery