29 yanvar 2026-cı il tarixində YAP Səbail rayon təşkilatının “Biz Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin elmi-siyasi irsini öyrənirik” adlı məktəbinin növbəti görüşü Azərbaycan Milli İncəsənət Muzeyində təşkil olunub.

Gənclərin iştirakı ilə keçirilən “Ulu Öndər Heydər Əliyev və Azərbaycan mədəniyyəti” mövzusunda tədbirdə YAP Səbail rayon təşkilatının sədri Muxtar Nağıyev və Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru Şirin Məlikova çıxış ediblər. Çıxışlarda Ulu Öndər Heydər Əliyevin müasir Azərbaycan dövlətçiliyinin memarı olmaqla yanaşı, milli-mənəvi dəyərlərimizin, mədəni irsimizin qorunması və inkişaf etdirilməsi istiqamətində apardığı ardıcıl və məqsədyönlü siyasət xüsusi vurğulanıb. Bildirilib ki, məhz Heydər Əliyevin uzaqgörən mədəniyyət strategiyası nəticəsində Azərbaycan incəsənəti, muzey işi, teatr, musiqi, ədəbiyyat və digər sahələr yeni inkişaf mərhələsinə qədəm qoyub, milli mədəniyyətimiz beynəlxalq miqyasda tanıdılıb. Belə maarifləndirici tədbirlərin gənc nəslin mədəni irsə bağlılıq ruhunda formalaşmasında mühüm rol oynadığı diqqətə çatdırılıb.
Tədbir çərçivəsində iştirakçılar üçün muzey üzrə ekskursiya təşkil olunub, onlara muzeyin tarixi və zəngin kolleksiyaları barədə məlumat verilib.
Növ :
TədbirlərVaxt :
29 Yanvar 2026 - 29 Yanvar 2026event gallery