26 dekabrda Prezident Kitabxanasının Konfrans zalında Prezident İlham Əliyevin görkəmli rəssam, milli təsviri sənətdə realist dəzgah rəngkarlığının banisi Mirzə Qədim İrəvaninin 200 illik yubileyi ilə bağlı Sərəncamına əsasən “Mirzə Qədim İrəvani irsi Prezident Kitabxanasında” adlı tədbir keçirilib.

Tədbir çərçivəsində 1959-cu ildə “İZOGİZ” Moskva təşkilatı tərəfindən nəşr olunmuş, “Qacar şahzadəsi Vəcihulla Mirzənin portreti”nin təsvir edildiyi açıqca nümayiş etdirilib. Daha sonra sənətkarın həyat və yaradıcılığına həsr olunmuş videoçarx təqdim edilib.

Tanınmış elm, mədəniyyət, incəsənət və ictimai xadimlərin iştirak etdiyi tədbirdə Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Şirin Məlikova çıxış edərək M.Q.İrəvanin irsinin qorunması və təbliği ilə bağlı il ərzində AMİM-nin gördüyü işlər haqqında geniş məlumat verib.

Şirin Məlikova muzeyin M.Q. İrəvaninin yaradıcılığına həsr olunmuş "Mirzə Qədim İrəvani: Zamanların qovşağında" adlı nəşri haqqında danışaraq, kitabın sənətkarın bədii irsinin sistemli şəkildə araşdırılması, elmi əsaslarla təqdim edilməsi və gələcək nəsillərə çatdırılması baxımından mühüm mənbə olduğunu vurğulayıb. O, həmçinin görkəmli rəssamın Gürcüstan və Azərbaycan muzey kolleksiyalarında saxlanılan əsərlərini ilk dəfə bir araya gətirən “Mirzə Qədim İrəvani: 200 illik sənət salnaməsi” sərgisi haqqında danışaraq onun mühüm əhəmiyyətindən bəhs edib.

  • Növ :

    Tədbirlər
  • Vaxt :

    26 Dekabr 2025 - 26 Dekabr 2025

event gallery