Azərbaycan Milli İncəsənət Muzeyi 2025-ci il ərzindəki uğurlu fəaliyyətinə görə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən “İlin Muzeyi” mükafatına layiq görülüb.

Azərbaycan Milli İncəsənət Muzeyi 2025-ci il ərzindəki uğurlu fəaliyyətinə görə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən “İlin Muzeyi” mükafatına layiq görülüb.
Muzey cari ildə reallaşdırdığı çoxsaylı sərgi layihələri və yüksək ziyarətçi göstəriciləri ilə Nazirliyin tabeliyində fəaliyyət göstərən muzeylər arasında öncül mövqedə qərarlaşıb.
Milli irsimizin qorunması, tədqiqi və beynəlxalq miqyasda tanıdılması istiqamətində həyata keçirilən ardıcıl və məqsədyönlü fəaliyyətin bu cür yüksək qiymətləndirilməsi Muzey kollektivi üçün böyük qürur və məsuliyyətdir.

  • Növ :

    Tədbirlər
  • Vaxt :

    26 Dekabr 2025 - 31 Yanvar 2026

event gallery