5–11 dekabr tarixlərində paytaxt Bakıda Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və İslam Əməkdaşlıq Təşkilatının birgə təşkilatçılığı, Heydər Əliyev Fondunun tərəfdaşlığı ilə “İƏT Mədəniyyət Festivalı: Bakı Yaradıcı Həftə - 2025” keçirilib.

Festivaıda müxtəlif ölkələrdən mədəniyyət nazirləri, beynəlxalq təşkilatların, Azərbaycandakı diplomatik korpusların rəsmi nümayəndələri, millət vəkilləri, tanınmış mədəniyyət xadimləri və yaradıcılıq sənayesinin təmsilçiləri iştirak ediblər.

Azərbaycan Milli İncəsənət Muzeyi festival çərçivəsində mədəniyyət və yaradıcılıq sənayeləri ilə bağlı təşkil olunan sərgidə iştirak edib. “Cultural Village” zonasında yerləşən stenddə muzeyin zəngin kolleksiyasından ilhamlanan yerli sənətkarlar tərəfindən peşəkarlıqla yaradılmış sənət nümunələri, o cümlədən kitablar və digər çap məhsulları nümayiş etdirilib.

Tədbirdə xüsusi əhəmiyyətli məqamlardan biri Mirzə Qədim İrəvaninin 200 illik yubileyi münasibətilə nəfis tərtibatla yeni çap olunan “Mirzə Qədim İravani :Zamanların Qovşağında” kitabının geniş ictimaiyyətə təqdim edilməsi olub.

  • Növ :

    Tədbirlər
  • Vaxt :

    5 Dekabr 2025 - 11 Dekabr 2025

event gallery