19–20 noyabr 2025-ci il tarixlərində Özbəkistanın Səmərqənd şəhərində Beynəlxalq Turizm və Mədəni İrs Universiteti nəzdində fəaliyyət göstərən “İpək Yolu” Beynəlxalq Tədqiqat İnstitutunun təşkilatçılığı ilə “İpək Yolu üzrə maddi mədəni irsin öyrənilməsi və qorunmasının aktual məsələləri” mövzusunda II beynəlxalq elmi-praktik simpozium keçirilib.

Tədbirdə İpək Yolu boyunca yerləşən ölkələrdə maddi mədəni irsin tədqiqi və qorunması, eləcə də bu irsin beynəlxalq səviyyədə təqdimatı ilə bağlı müxtəlif istiqamətlər müzakirə olunub. Simpozium aparıcı muzeylərin, elmi-tədqiqat institutlarının və mədəni irs üzrə ixtisaslaşmış mütəxəssislərin iştirakı ilə baş tutub.
Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Şirin Məlikova simpoziuma qatılaraq “Kəlağayı milli-bədii ənənənin davamlı forması kimi” mövzusunda məruzə ilə çıxış edib.
Simpoziumda onlayn formatda iştirak edən Şirin Məlikova öz çıxışında kəlağayının Azərbaycan mədəniyyətində qədimdən formalaşmış bədii ənənə kimi rolu və müasir dövrdə davamlılığını qoruması, onun hazırlanma texnologiyaları, bölgələrə görə fərqləri, ornamental sistemin semantikası kimi məsələlər haqqında danışıb.
Çıxışın sonunda mövzu ilə bağlı simpozium iştirakçılarının çoxsaylı sualları cavablandırılıb.
Növ :
TədbirlərVaxt :
19 Noyabr 2025 - 20 Noyabr 2025event gallery