11–17 noyabr 2025-ci il tarixlərində Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində Beynəlxalq Muzeylər Şurasının (ICOM) 27-ci Baş Konfransı keçirilib. “Sürətlə dəyişən icmalarda muzeylərin gələcəyi” devizi altında təşkil olunan konfrans dünyanın müxtəlif ölkələrindən 3 000-dən artıq muzey mütəxəssisini bir araya gətirib.

Konfransda Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Şirin Məlikova iştirak edib.
Şirin Məlikova Beynəlxalq tədbir çərçivəsində müxtəlif ölkələrin aparıcı muzey və mədəniyyət qurumlarının nümayəndələri ilə gələcək əməkdaşlıq, birgə layihələrin həyata keçirilməsi ilə bağlı bir sıra məhsuldar görüşlər keçirib.
Şirin xanım həmçinin Qacarlar dövrü üzrə ekspert kimi Səudiyyə Ərəbistanının televiziya kanalına müsahibə verib.
Növ :
TədbirlərVaxt :
11 Noyabr 2025 - 17 Dekabr 2025event gallery