Noyabrın 13-də Azərbaycan Milli İncəsənət Muzeyində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Sosial Xidmətlər Agentliyi, Mədəniyyət Nazirliyi və Milli İncəsənət Muzeyinin birgə təşkilatçılığı ilə “Zəfərin səsi- qələbənin nəğməsi” adlı tədbir keçirilib.

44 günlük Vətən müharibəsində qazanılmış şanlı Zəfərə həsr olunmuş tədbirdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin İdarə Heyəti sədrinin müşaviri Vüsal Hətəmov çıxış edib.

Tədbirin bədii hissəsində Sosial Xidmətlər Agentliyinin Sosial Xidmət Mərkəzlərinin “Parla” inklüziv-mədəni kollektivinin üzvləri “Qarabağ Azərbaycandır!”, “Zəfər bayramı”, “Sən qalibsən, Azərbaycan!” kimi vətənpərvərlik ruhlu şeirlər, mahnılar və rəqslərlə çıxış ediblər.

Bədii qiraət, Piano ifaları və milli rəqslər tədbirə xüsusi rəng qatıb.

Daha sonra “Uşaq Hüquqları Aylığı” Çərçivəsində: “Uşaq hüquqlarının qorunması: Bu gün və sabah” adlı mühazirə, tematik ekskursiya və ustad dərsi keçirilib.

  • Növ :

    Tədbirlər
  • Vaxt :

    13 Noyabr 2025 - 13 Noyabr 2025

event gallery