17 oktyabr 2025-ci il tarixində Dövlət Gömrük Komitəsinin əməkdaşları üçün “Fiziki şəxslər tərəfindən istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların – ərzaq məhsullarının, dərman vasitələrinin, mədəniyyət məhsullarının, canlı heyvanların və bitkilərin, dini təyinatlı məlumat materiallarının, eləcə də xidməti və mülki silahların gömrük sərhədindən keçirilməsi qaydaları” mövzusunda təlim keçirilib.

Təlimdə Daxili İşlər, Səhiyyə, Ekologiya və Təbii Sərvətlər, Mədəniyyət nazirliklərinin, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin mütəxəssisləri iştirak ediblər.
Tədbirdə Azərbaycan Milli İncəsənət Muzeyinin Muzey eksponatlarının qorunması və qeydiyyatı üzrə direktor müavini – Baş fond mühafizi, Dövlət Ekspert Komissiyasının üzvü Vəfa Aslanova “Muzey işi və daşınar mədəni sərvətlərin müvəqqəti və ya daimi ixracı prosesi” adlı mövzusunda çıxış edib.
Təlimin sonunda mövzular ətrafında geniş müzakirələr aparılıb, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.
Növ :
TədbirlərVaxt :
17 Oktyabr 2025 - 17 Oktyabr 2025event gallery