16 -17 oktyabr 2025-ci il tarixlərində“Aktau 2025 – Türk Dünyasının Mədəniyyət Paytaxtı” ili çərçivəsində IV Türk Dünyası Muzeylərinin Görüşü, “Daş abidələr – türk dünyasının ümumi irsi” adlı simpozium keçirilib.

16 -17 oktyabr 2025-ci il tarixlərində“Aktau 2025 – Türk Dünyasının Mədəniyyət Paytaxtı” ili çərçivəsində IV Türk Dünyası Muzeylərinin Görüşü, “Daş abidələr – türk dünyasının ümumi irsi” adlı simpozium keçirilib.

Simpozium türk xalqlarının zəngin tarixi-mədəni irsini tanıtmaq, muzeyçilik sahəsində beynəlxalq əməkdaşlığı inkişaf etdirmək, həmçinin daş abidələrin elmi tədqiqi və qorunması ilə bağlı aktual məsələləri müzakirə etmək məqsədilə təşkil olunub.

TÜRKSOY Baş Katibliyi, Qazaxıstan Mədəniyyət və İnformasiya Nazirliyi, Mangistau Regional Tarix-Diyarşünaslıq Muzeyinin birgə təşkilatçılığı ilə keçirilən tədbir türk dövlətlərindən olan muzey rəhbərləri və tədqiqatçıları bir araya gətirib.

Simpoziumda Azərbaycanı ölkə koordinatoru kimi Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Şirin Məlikova təmsil edib. O, tədbirin ilk günündə “Azərbaycan Milli İncəsənət Muzeyinin sərgiləri və mədəni mübadilə proqramları” mövzusunda məruzə ilə çıxış edib.

Bununla yanaşı, iştirakçılar Mangistau Regional Tarix-Diyarşünaslıq Muzeyində təşkil edilən “Türklərin toxuculuq sənəti” adlı beynəlxalq sərginin açılış mərasiminə qatılmış və həmçinin muzeyin daimi ekspozisiyası ilə yaxından tanış olmuşlar.

Qeyd edək ki, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi Mangistau Regional Tarix-Diyarşünaslıq Muzeyinə “Qarabağ” xalçasını hədiyyə edib. Xovlu, yun xalçanın ölçüsü 153 × 107 sm-dir və “Azərxalça” Açıq Səhmdar Cəmiyyətində toxunulub.

Tədbirin sonuncu günündə simpozium iştirakçıları üçün Mangistau vilayətinin tarixi-mədəni obyektlərinə xüsusi ekspedisiya təşkil edilib.

  • Növ :

    Tədbirlər
  • Vaxt :

    16 Oktyabr 2025 - 17 Oktyabr 2025

event gallery