Sentyabrın 28-də Azərbaycan Milli İncəsənət Muzeyində vizual sənət nəzəriyyəçisi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Elçin Şamillinin “İncəsənətdə abstrakt vektor” kitabının təqdimatı baş tutub.

Sentyabrın 28-də Azərbaycan Milli İncəsənət Muzeyində vizual sənət nəzəriyyəçisi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Elçin Şamillinin “İncəsənətdə abstrakt vektor” kitabının təqdimatı baş tutub.

Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru Şirin Məlikova çıxışında vurğulayıb ki, sənətşünaslıq sahəsində nəzəri yönümlü tədqiqatlar az olduğu üçün bu kitab maraq doğurur və belə təhlillər vacibdir. O, müəllifə gələcək işlərində uğurlar arzulayıb və

Azərbaycan təsviri sənətinə dair araşdırmalarını dünya kontekstində də davam etdirməsinin maraqlı ola biləcəyini qeyd edib.

Müəllif kitabın əsas məqamlarını təqdim edib, abstraksiyanın tarixi kökləri və müasir incəsənətdəki rolu barədə ətraflı məlumat verib. Əyani materiallar vasitəsilə iştirakçılar qədim qayaüstü petroqliflərdən, türk xalçalarının naxışlarına, sakral heykəllərin rəmzi ifadələrinə qədər abstraksiyanın incəliklərini yaxından izləyə biliblər.

Tədbirdə iştirak edən sənətsevərlər, tədqiqatçılar və abstraksiyaya marağı olan qonaqlar müxtəlif suallar verərək müəlliflə birlikdə fikir mübadiləsi aparıblar.

  • Növ :

    Tədbirlər
  • Vaxt :

    28 Sentyabr 2025 - 28 Sentyabr 2025

event gallery