21 noyabr 2024-cü il tarixində Rumıniyanın Brukental Milli Muzeyinin təşəbbüsü ilə “Ars et Historia” adlı beynəlxalq simpozium baş tutdu. Onlayn formatda keçirilən tədbirə Almaniya, Belçika, İtaliya, Azərbaycan da daxil olmaqla müxtəlif ölkələrdən 30-dan çox iştirakçı qatıldı.
21 noyabr 2024-cü il tarixində Rumıniyanın Brukental Milli Muzeyinin təşəbbüsü ilə “Ars et Historia” adlı beynəlxalq simpozium baş tutdu. Onlayn formatda keçirilən tədbirə Almaniya, Belçika, İtaliya, Azərbaycan da daxil olmaqla müxtəlif ölkələrdən 30-dan çox iştirakçı qatıldı. Simpoziumda sənətşünas və tarixçilər tərəfindən “İncəsənətdə siyasi mesajlar” mövzusunda elmi məruzələr təqdim olundu. Beynəlxalq tədbirdə ölkəmizi Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Şirin Məlikova təmsil etdi. “İncəsənət və hakimiyyət” adlı məruzədə Azərbaycan incəsənətinə dünya şöhrəti qazandırmış Cavad Mircavadov, Tofiq Cavadov, Əşrəf Murad, Rasim Babayev, Qorxmaz Əfəndiyev kimi nonkonformist rəssamların yaradıcılığından bəhs olundu. Onların fərdi üsluba və eksperimentlərə üstünlük verdikləri novator yaradıcılıqları haqqında müfəssəl məlumat verildi.
Вид :
МероприятияДата :
21 ноября 2024 г. - 21 ноября 2024 г.Фотогалерея