Sentyabrın 26-da Milli İncəsənət Muzeyində Azərbaycan Memarlar İttifaqının sədri, Əməkdar memar, professor Elbay Qasımzadənin “Memar” kitabının təqdimatı keçirilib.

Sentyabrın 26-da Milli İncəsənət Muzeyində Azərbaycan Memarlar İttifaqının sədri, Əməkdar memar, professor Elbay Qasımzadənin “Memar” kitabının təqdimatı keçirilib.

Tədbirdə dövlət və hökumət rəsmiləri, ictimaiyyət nümayəndələri və memarlar iştirak ediblər.

Çıxışçılar kitabı Azərbaycan memarlıq sənəti üçün mühüm hadisə adlandıraraq, onun həm zəngin fakt və illüstrasiyalarla seçildiyini, həm də gələcək nəsillər üçün dəyərli mənbə olduğunu vurğulayıblar.

Tədbir iştirakçıları Azərbaycan və rus dillərində nəşr olunan kitabla yaxından tanış olub, müəllifin səmimi paylaşdığı fikirlərdən təsirləniblər. Zəngin məzmunu və vizual materialları ilə “Memar” əsəri qonaqlarda xüsusi təəssürat yaradıb.

  • Növ :

    Tədbirlər
  • Vaxt :

    26 Sentyabr 2025 - 26 Sentyabr 2025

event gallery