2024-cü ilin "Yaşıl dünya naminə həmrəylik ili" elan edilməsi ilə əlaqədar Azərbaycan Milli İncəsənət Muzeyində il ərzində məktəbəqədər yaşlı uşaqlar və məktəblilər üçün nəzərdə tutulmuş "Yaşıl dünya naminə" adlı maarifləndirici proqramlar təşkil edilir.
2024-cü ilin "Yaşıl dünya naminə həmrəylik ili" elan edilməsi ilə əlaqədar Azərbaycan Milli İncəsənət Muzeyində il ərzində məktəbəqədər yaşlı uşaqlar və məktəblilər üçün nəzərdə tutulmuş "Yaşıl dünya naminə" adlı maarifləndirici proqramlar təşkil edilir. Müasir dövr üçün çox aktual hesab edilən ekologiya mövzusuna həsr olunan proqramlarda uşaqlar ətraf mühitin qorunmasının, təbiətə qayğı və məhəbbətlə yanaşmanın vacibliyini öyrənirlər. Ustad dərsləri, interaktiv ekskursiyalar, maraqlı mühazirələrin daxil olduğu proqramlar Azərbaycan, rus və ingilis dillərində keçirilir.
İştirak etmək üçün öncədən (012) 492 07 07 və (051) 580 85 21 telefon nömrələri ilə əlaqə saxlayaraq qeydiyyatdan keçməyiniz xahiş olunur.
Növ :
TədbirlərVaxt :
10 Oktyabr 2024 - 10 Oktyabr 2024event gallery