12–13 iyun 2025-ci il tarixlərində Almaniyanın Drezden şəhərində “Şərqdə müharibədən sonrakı dövrdə Avanqardın yenidən mövqe qazanması” (“Repositioning the Postwar Avant-Garde in the East”) adlı beynəlxalq elmi konfrans keçirilib.
12–13 iyun 2025-ci il tarixlərində Almaniyanın Drezden şəhərində “Şərqdə müharibədən sonrakı dövrdə Avanqardın yenidən mövqe qazanması” (“Repositioning the Postwar Avant-Garde in the East”) adlı beynəlxalq elmi konfrans keçirilib.
Professor Saşa Bru (KU Leuven, Belçika), professor İzabel Vünşe (Constructor University, Bremen, Almaniya) və dr.Pşemıslav Strozekin (Avanqard Arxivi – Egidio Marzona, Drezden Dövlət İncəsənət Kolleksiyası) təşkilatçılığı ilə baş tutan konfrans mövzu üzrə müxtəlif ölkələrdən olan tədqiqatçı-alimləri bir araya gətirib.
Tədbirdə İkinci Dünya müharibəsindən sonrakı dövrdə Şərqi Avropa, Mərkəzi Asiya ölkələri və Yaponiyada avanqard incəsənətin bərpası və onun müasir sənət kontekstindəki rolu müzakirə olunub. Beynəlxalq konfransda ölkəmizi Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Şirin Məlikova “Azərbaycanda nonkonformist incəsənət təcrübələri: Abşeron məktəbi” mövzusunda məruzə ilə təmsil edib.
Şirin Məlikova XX əsrin ikinci yarısında Azərbaycan incəsənətində avanqard istiqamətin inkişafı, bu dövrdə meydana çıxmış nonkonformist rəssamların fəaliyyəti, onların rəsmi sovet ideologiyasından kənar estetik mövqeyi və fərdi yaradıcılıq axtarışları barədə ətraflı məlumat verib.
Xüsusilə Azərbaycan incəsənətinə dünya şöhrəti qazandırmış Cavad Mircavadov, Tofiq Cavadov, Əşrəf Murad, Rasim Babayev və Qorxmaz Əfəndiyev kimi nonkonformist rəssamların yaradıcılığından bəhs edib. Onların fərdi üslub və sənətdə eksperimentlərə üstünlük verdikləri novator yaradıcılıqları, formaya və məzmuna gətirdikləri yeniliklər haqqında danışıb.
Çıxışın sonunda mövzu ilə bağlı konfrans iştirakçılarının çoxsaylı sualları cavablandırılıb.
Növ :
TədbirlərVaxt :
12 İyun 2025 - 13 İyun 2025event gallery