16-18 may 2025-ci il tarixlərində Hindistanın Caypur şəhərində ICOM-un Muzeylər və İncəsənət Kolleksiyaları üzrə Beynəlxalq Komitəsi -ICFA-nın "Hindistanda təsviri incəsənətin anlamı" mövzusunda İllik Konfransı keçirilib.
16-18 may 2025-ci il tarixlərində Hindistanın Caypur şəhərində ICOM-un Muzeylər və İncəsənət Kolleksiyaları üzrə Beynəlxalq Komitəsi -ICFA-nın "Hindistanda təsviri incəsənətin anlamı" mövzusunda İllik Konfransı keçirilib. Azərbaycan Milli İncəsənət Muzeyinin Tikmə bölməsinin müdiri Könül Zeynalova konfransa onlayn formatda qatılaraq "Azərbaycan Milli İncəsənət Muzeyinin tikmə kolleksiyası" adlı məruzə ilə çıxış edib. Təqdim olunan məruzədə fondun zəngin kolleksiyasında qorunan milli və dünya, o cümlədən hind incəsənətinə aid nəfis bədii tikmə nümunələri haqqında məlumat verilib.
Növ :
TədbirlərVaxt :
16 May 2025 - 18 May 2025event gallery