16 dekabr tarixində Azərbaycan Milli İncəsənət Muzeyində Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzi Publik Hüquqi Şəxsi üçün "Muzey işi" adlı təlim proqramı keçirilib.
16 dekabr tarixində Azərbaycan Milli İncəsənət Muzeyində Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzi Publik Hüquqi Şəxsi üçün "Muzey işi" adlı təlim proqramı keçirilib.
Azərbaycan Milli İncəsənət Muzeyinin əməkdaşları tərəfindən keçirilən təlimdə muzeylərin iş prinsipləri, eksponatların qorunma və bərpa qaydaları, fondların idarə olunması, həmçinin ekspozisiyaların müasir metodlarla təşkili, ziyarətçilərə təqdim olunma xüsusiyyətləri kimi önəmli məsələlər barədə ətraflı məlumat verilib.
AMİM-nin Muzey eksponatlarının qorunması və qeydiyyatı üzrə direktor müavini, Baş fond mühafizi Vəfa Aslanova muzey fond işi - toplama metodları, muzeydə sənədləşmə, akt tərtibi, eksponat, pasport, fotoşəkil, elektron daşıyıcılar, Muzey haqqında qanun və muzey təlimatı mövzuları haqqında geniş danışıb.
AMİM-nin direktor müavini Araz Osmanov tərəfindən təqdim olunan hissədə isə daimi və sərgi ekspozisiyalarının qurulması barədə məlumat verilib.
AMİM-nin Mədəniyyət və Təhsil şöbəsinin əməkdaşı Günel Zaur ekskursiya işinin təşkili, ekskursiya mətnlərinə olan tələblər, ekskursiya növləri haqqında danışıb.
Sonda isə iştirakçılar Muzeyin Azərbaycan və dünya incəsənətinə aid unikal əsərlərinin nümayiş olunduğu daimi ekspozisiyaları, görkəmli rəssam, milli təsviri sənətdə realist dəzgah rəngkarlığının banisi Mirzə Qədim İrəvaninin 200 illiyinə həsr olunmuş “Mirzə Qədim İrəvani: 200 illik sənət salnaməsi” sərgisi ilə tanış olublar.
Təlim iştirakçılarda muzey işinin fundamental əsasları barədə dolğun təsəvvür yaratmaqla yanaşı, onlarda bu sahənin incəliklərinə dair böyük maraq oyadıb və gələcək peşəkar fəaliyyət istiqamətləri üçün yeni ideyalar formalaşdırıb.
Növ :
TədbirlərVaxt :
16 Dekabr 2025 - 16 Dekabr 2025event gallery