Qırğızıstanın paytaxtı Bişkek şəhərində keçirilən Azərbaycan Mədəniyyət Günləri çərçivəsində aprelin 22-də Qapar Aytiyev adına Milli Təsviri Sənət Muzeyində Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Şirin Məlikova tərəfindən mühazirə təqdim olunub.
Qırğızıstanın paytaxtı Bişkek şəhərində keçirilən Azərbaycan Mədəniyyət Günləri çərçivəsində aprelin 22-də Qapar Aytiyev adına Milli Təsviri Sənət Muzeyində Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Şirin Məlikova tərəfindən mühazirə təqdim olunub. “Mirzə Qədim İrəvani: Şərq və Qərb sənət üslublarının qovşağında” adlı mühazirə dahi sənətkarın 200 illik yubileyinə həsr edilib. Böyük maraqla dinlənilən məruzədə dinləyicilərə Mirzə Qədim İrəvaninin həyat və yaradıcılığı, Azərbaycan təsviri sənətinin inkişafındakı mühüm rolu haqqında geniş məlumat verilib. Görkəmli rəssamın özündə Qacar üslubunun realistik təmayülünü əks etdirən, ənənəvi şərti-dekorativ metodla Qərbi Avropa təsvir üsulunu birləşdirən portretləri, nəfis gözəlliyə malik ornamental kompozisiyaları əhatəli təhlil obyektinə çevrilib.
Növ :
TədbirlərVaxt :
22 Aprel 2025 - 22 Aprel 2025event gallery