1 dekabr 2024-cü il tarixində Almanyanın Begegnungsstube Media təşkila-tına aid Dünya Bilgi Platformu tərəfindən Azərbaycan şəhidlərinin xatirəsinə həsr olunmuş “Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi konfransı (COP 29 ) deyerlendirmesi” adlı konfrans keçirildi.

1 dekabr 2024-cü il tarixində Almanyanın Begegnungsstube Media təşkilatına aid Dünya Bilgi Platformu tərəfindən Azərbaycan şəhidlərinin xatirəsinə həsr olunmuş “Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi konfransı (COP 29 ) deyerlendirmesi” adlı konfrans keçirildi. Onlayn formatda keçən konfransa 90- dan çox iştirakçı qatıldı. COP29 - nun ölkəmizin mədəniyyətinə təsiri haqqında bəhs edilən konfransda bir sıra millət vəkilləri, mədəniyyət ocaqlarının rəhbərləri, şəhid ailələrinin nümayəndələri də iştirak etdilər. Konfransda iştirak edən Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru Şirin Məlikova COP29 keçirilən zaman muzeydə təşkil olunan bir sıra layihə və tədbirlər haqqında bəhs edilən prezentasiyanı, eləcə də muzeyin kollektivinin fəal iştirak etdiyi ağacəkmə aksiyasından geniş məlumatı iştirakçıların diqqətinə çatdırdı.

  • Növ :

    Tədbirlər
  • Vaxt :

    1 Dekabr 2024 - 1 Dekabr 2024

event gallery