Mayın 17-də Azərbaycan Milli İncəsənət Muzeyində Gülnar Mirzəyevanın şagirdlərinin iştirakı ilə “Piano Musiqisi Axşamı” keçirilib.

Mayın 17-də Azərbaycan Milli İncəsənət Muzeyində Gülnar Mirzəyevanın şagirdlərinin iştirakı ilə “Piano Musiqisi Axşamı” keçirilib.

Musiqi axşamında gənc pianoçular Mələk Qədirzadə, Suel Kərimli və Neyla Əliyeva çıxış edərək Azərbaycan və dünya bəstəkarlarının əsərlərini təqdim ediblər. Proqram çərçivəsində Azərbaycan Dövlət Uşaq Filarmoniyasının solistləri, beynəlxalq müsabiqələr laureatları Fərzin Əfəndiyeva və Müzəffər Əliyevin ifaları da tamaşaçılar tərəfindən böyük maraqla qarşılanıb.

Axşam boyu səslənən klassik musiqi nümunələri muzey məkanında xüsusi bədii atmosfer yaradaraq dinləyicilərə unudulmaz estetik təəssüratlar bəxş edib. Tədbir iştirakçılar tərəfindən böyük maraq və alqışlarla qarşılanıb .

  • Növ :

    Muzeydə musiqi
  • Vaxt :

    17 May 2026 - 17 May 2026

event gallery