Marın 19-da Azərbaycan Milli İncəsənət Muzeyində “Muzeydə musiqi” layihəsi çərçivəsində növbəti konsert proqramı keçirilib.
Marın 19-da Azərbaycan Milli İncəsənət Muzeyində “Muzeydə musiqi” layihəsi çərçivəsində növbəti konsert proqramı keçirilib. Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının Kamera Orkestri tərəfindən təqdim edilən konsertdə görkəmli bəstəkarlar S.Baxın IV Brandenburq konserti, Q.Donisettinin nəfəsli alətlər üçün simfoniyası, B.Martinunun - “La Revue De Cuisine” (caz suitasi), A. Əlizadənin “Aşıqsayaği” və “Cəngi” əsərləri səsləndirilib. Orkestrin dirijoru Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının baş dirijoru, Əməkdar artist Əyyub Quliyevdin rəhbərliyi ilə baş tutan proqram musiqisevərlərin böyük marağı və sürəkli alqışları ilə müşayiət edilib.
Növ :
Muzeydə musiqiVaxt :
19 Mart 2025 - 19 Mart 2025event gallery