“Muzeydə musiqi” layihəsi çərçivəsində 18 sentyabr Milli Musiqi Gününə həsr olunmuş konsert proqramı keçirilib.

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Azərbaycan Milli İncəsənət Muzeyinin birgə təşkilatçılığı ilə keçirilən "Muzeydə musiqi" layihəsi 18 sentyabr Milli Musiqi Günündə yenidən sənətsevərlərin görüşünə gəlib. Layihə çərçivəsində keçirilən konsert proqramında dahi bəstəkar Üzeyir Hacıbəylinin "Leyli və Məcnun", "Koroğlu" operaları, "Arşın mal alan" operettasından parçalar, Qara Qarayev, Arif Məlikov, Vaqif Mustafazadə kimi görkəmli bəstəkarların yaradıcılığına aid klassik əsərlər və caz kompozisiyaları səsləndirilib. Xalq artisti Elçin Həşimov, Əməkdar artist Elnur Əhmədov, digər istedadlı ifaçı və xanəndələrin, opera müğənilərinin təqdim etdiyi musiqilər dinləyici alqışları ilə qarşılanıb. Konsertin tamaşaçıları sentyabrın 18-də muzeydə baş tutan "Mühasiblərin və Auditorların VIII Avrasiya Forumu” nun açılış mərasiminin iştirakçıları olublar. Forum iştirakçıları üçün, həmçinin onları muzeyin ekspozisiyası ilə yaxından tanış edən tematik ekskursiya keçirilib.

  • Növ :

    Muzeydə musiqi
  • Vaxt :

    18 Sentyabr 2024 - 18 Sentyabr 2024