Gənc pianoçular AMİM-də Üzeyir Hacıbəyli yaradıcılığından nümunələr səsləndiriblər
Sentyabrın 30-da Azərbaycan Milli İncəsənət Muzeyində “Üzeyir Hacıbəyli XVIII Beynəlxalq Musiqi Festivalı” çərçivəsində “Üzeyir Hacıbəyli irsi gənc səslərin təqdimatında” adlı konsert keçirilib.
AMİM-nin “Muzeydə musiqi” layihəsi çərçivəsində təşkil olunan konsertdə Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Fortepiano kafedrasının tələbələri çıxış ediblər.
Tədbir zamanı Üzeyir Hacıbəylinin yaradıcılığından nümunələr gənc ifaçıların təqdimatında səsləndirilib. Konsertdə Cəfərova Şükran, Həsənli İnci, Salamova Nuranə, Fətəliyeva Aişə, Cernikov Timur, Balayev Ərtoğrul, Məmmədov Elçin, Süleymanova Afət, Əliyeva Solmaz, Hacıyeva Humay və Vəliyev Əli çıxış ediblər.
Konsertdə səsləndirilən əsərlər tamaşaçılara Üzeyir Hacıbəylinin zəngin yaradıcılığı ilə bir daha yaxından tanış olmaq imkanı yaradıb. Gənc musiqiçilərin ifasında təqdim olunan əsərlər tədbir iştirakçıları tərəfindən maraqla qarşılanıb.
Növ :
Muzeydə musiqiVaxt :
30 Sentyabr 2026 - 30 Sentyabr 2026event gallery