Dekabrın 3-də Azərbaycan Milli İncəsənət Muzeyində “Muzeydə musiqi” layihəsi çərçivəsində “Üzeyir bəy – 140” adlı konsert proqramı təqdim olunub.

Dekabrın 3-də Azərbaycan Milli İncəsənət Muzeyində “Muzeydə musiqi” layihəsi çərçivəsində “Üzeyir bəy – 140” adlı konsert proqramı təqdim olunub.

Konsertdə “Belle Voci” kamera xoru və xorun solistləri- Rəsul Cahangirli, Dilbər Rəfibəyli, Fərid Qulamov, Fidan Sultanova, Esmira Hüseynova, Nərgiz Şahbazova, Atilla Qərib və Ərtoğrul Balayev çıxış ediblər. Nağarada onları Yusif Rüstəmov müşayiət edib.

Ərtoğrul Balayevin bədii rəhbərliyi və dirijorluğu ilə keçirilən konsertin konsertmeysteri Elçin Məmmədov, aparıcısı musiqişünas, pedaqoq, publisist Raya Abbasova olub.

Proqramda Üzeyir bəyin və digər Azərbaycan bəstəkarlarının seçilmiş əsərləri səsləndirilib.

Konsert çoxsaylı dinləyicilər tərəfindən böyük maraqla donlənilib. Azərbaycan musiqi incilərinin səsləndirildiyi proqram tamaşaçıların gur alqışları ilə müşayiət olunub.

  • Növ :

    Muzeydə musiqi
  • Vaxt :

    3 Dekabr 2025 - 3 Dekabr 2025

event gallery