Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və Azərbaycan Milli İncəsənət Muzeyinin birgə təşkilatçılığı ilə “Muzeydə musiqi” layihəsi çərçivəsində muzeyimizdə “Gənc istedadların yaz konserti” adlı musiqi proqramı təqdim olundu. Konsertdə Evgniya Məmmədovanın sinifi, K.Səfərəliyeva adına 16 nömrəli uşaq musiqi məktəbi və G.Şaroyev adına 35 nömrəli 11 illik musiqi məktəbinin şagirdləri tərəfindən Azərbaycan və dünya musiqisindən ifalar səsləndi. Konsertmeysterlər Lalə Bağırzadə və İvan Çumakovun rəhbərliyi ilə gənc ifaçıların təqdim etdiyi musiqi nömrələri tamaşaçılar tərəfindən böyük maraq və alqışlarla qarşılandı.
Növ :
Muzeydə musiqiVaxt :
22 May 2024 - 22 May 2024