Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Azərbaycan Milli İncəsənət Muzeyinin birgə təşkilatçılığı ilə 5 iyun 2024-cü il tarixində "Muzeydə musiqi" layihəsi çərçivəsində muzeyimizdə Əməkdar artist Çiçək Rzayevanın 80 illik yubileyinə həsr olunmuş konsert keçirildi.
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Azərbaycan Milli İncəsənət Muzeyinin birgə təşkilatçılığı ilə 5 iyun 2024-cü il tarixində "Muzeydə musiqi" layihəsi çərçivəsində muzeyimizdə Əməkdar artist Çiçək Rzayevanın 80 illik yubileyinə həsr olunmuş konsert keçirildi. Konsert proqramında tanınmış arfa ifaçısının tələbəsi Pərvin Əşari (arfa) və onu müşayiət edən Ülkər Qüdrətli (fleyta), Qəmərxanım Məmmədova (skripka) tərəfindən görkəmli dünya bəstəkarlarının əsərləri səsləndirildi.