Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Azərbaycan Milli İncəsənət Muzeyinin birgə təşkilatçılığı ilə keçirilən “Muzeydə musiqi” layihəsi çərçivəsində növbəti "Xalq mahnıları" adlı konsert prorqamı keçirilib.

Yanvarın 15-də "Muzeydə musiqi" layihəsi çərçivəsində dinləyicilər milli musiqi mədəniyyətimizin dəyərli hissəsini təşkil edən xalq mahnılarından ibarət konsert proqramına qatılıblar. Beynəlxalq Muğam Mərkəzi tərəfindən təqdim olunmuş konsertdə Əməkdar artist Sevinc Sarıyeva, istedadlı xanəndələr Abgül Mirzəliyev, Nisbət Sədrayeva, Murad Laçın, Günay İmamverdiyeva, Xasay Şıxıyev və Mirəli Mirizadənin ifasında tamaşaçıların sürəkli alqışları ilə yadda qalan mahnılar səsləndirilib. Səmray Əliyevanın aparıcılığı ilə keçən konsertdə ifaçıları tarda  Rüstəm Müslümov, kamançada Elnur Salahov, balabanda Rəfael Əsgərov, qanunda Məhta Məhəmmədəlizadə, nağarada Siyavuş Kərimov müşayiət ediblər.

  • Növ :

    Muzeydə musiqi
  • Vaxt :

    15 Yanvar 2025 - 15 Yanvar 2025