Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Azərbaycan Milli İncəsənət Muzeyinin birgə təşkilatçılığı ilə keçirilən "Muzeydə musiqi" layihəsi çərçivəsində növbəti konsert proqramı noyabrın 27-də musiqisevərlərlə görüşə gəlib. Tanınmış fotorəssam, bir sıra beynəlxalq musiqi və vizual incəsənət layihələrinin kuratoru olmuş Əqdəs Bağırzadənin təqdim etdiyi "Meridianlar" layihəsinin ilk konsertində Əməkdar artist, Azərbaycan Dövlət Opera və Balet teatrının solisti Fəridə Məmmədovanın ifasında Avropa bəstəkarlarının əsərləri səslənib. 

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Azərbaycan Milli İncəsənət Muzeyinin birgə təşkilatçılığı ilə keçirilən "Muzeydə musiqi" layihəsi çərçivəsində növbəti konsert proqramı noyabrın 27-də musiqisevərlərlə görüşə gəlib. Tanınmış fotorəssam, bir sıra beynəlxalq musiqi və vizual incəsənət layihələrinin kuratoru olmuş Əqdəs Bağırzadənin təqdim etdiyi "Meridianlar" layihəsinin ilk konsertində Əməkdar artist, Azərbaycan Dövlət Opera və Balet teatrının solisti Fəridə Məmmədovanın ifasında Avropa bəstəkarlarının əsərləri səslənib. Solist, konsertmeyster və pianoçu Yuliya Kərimovanın müşaiyətilə baş tutmuş konsert proqramı tamaşaçılar tərəfindən çox böyük maraq və alqışlarla qarşılanıb.

  • Type :

    Concerts in the Museum
  • Time :

    Nov. 28, 2024 - Nov. 28, 2024

event gallery