Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Azərbaycan Milli İncəsənət Muzeyinin birgə təşkilatçılığı ilə keçirilən "Muzeydə musiqi" layihəsi çərçivəsindəki növbəti konsert dinləyicilərə təqdim olundu.
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Azərbaycan Milli İncəsənət Muzeyinin birgə təşkilatçılığı ilə keçirilən "Muzeydə musiqi" layihəsi çərçivəsindəki növbəti konsert dinləyicilərə təqdim olundu. M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyası tərəfindən təqdim olunan konsertdə gənc solistlər musiqiçilərin müsaiyəti ilə Azərbaycan və Avropa bəstəkarlarının əsərlərini ifa etdilər.
Konsertdə həmçinin Fikrət Əmirov adına Əməkdar Kollektiv Azərbaycan Dövlət Mahnı və Rəqs ansamblının Xor qrupunun xormeysteri, Əməkdar artist Naala Baratelianın rəhbərliyi altında görkəmli bəstəkarların dahi əsərləri səsləndirildi. Konsert proqramı tamaşaçılar tərəfindən böyük maraqla qarşılandı.
Növ :
Muzeydə musiqiVaxt :
18 Dekabr 2024 - 18 Dekabr 2024event gallery