27 iyun 2026-cı il tarixində saat 15:00-da Azərbaycan Milli İncəsənət Muzeyində “Klassik musiqi zamanı” layihəsi çərçivəsində “Klassikdən müasirliyə” adlı konsert proqramı keçiriləcək.
27 iyun 2026-cı il tarixində saat 15:00-da Azərbaycan Milli İncəsənət Muzeyində “Klassik musiqi zamanı” layihəsi çərçivəsində “Klassikdən müasirliyə” adlı konsert proqramı keçiriləcək.
Konsertdə beynəlxalq və respublika müsabiqələri laureatları Yuliya Heydərova, Elyar Əliyev, Nərminə Hacızadə və Nərgiz Məmmədova çıxış edəcəklər.
Proqramda, həmçinin Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının dosenti Gülnarə Mirzəyevanın, baş müəllim Sevda Yolçuyevanın və baş müəllim Nərminə Hacızadənin siniflərinin tələbələri iştirak edəcəklər.
Layihənin bədii rəhbəri və aparıcısı sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Alyona İnyakinadır.
Klassik musiqi ənənələri ilə müasir ifadə vasitələrini bir araya gətirən proqram tamaşaçılara fərqli dövrlərin musiqi irsi arasında estetik körpü qurmaq imkanı yaradacaq.
Sizi bu musiqi axşamında iştirak etməyə dəvət edirik.
Növ :
Muzeydə musiqiVaxt :
None - None