Mayın 20-də Azərbaycan Milli İncəsənət Muzeyində “Muzeydə musiqi” layihəsi çərçivəsində “Love is Life” adlı musiqi axşamı baş tutub.

Mayın 20-də Azərbaycan Milli İncəsənət Muzeyində “Muzeydə musiqi” layihəsi çərçivəsində “Love is Life” adlı musiqi axşamı baş tutub.

Musiqi gecəsində soprano Fəridə Məmmədova və pianoçu Yuliya Kərimovanın ifasında sevgi, incə duyğular və insan ruhunun poetikasını əks etdirən əsərlər səsləndirilib. Zəngin musiqi proqramı dinləyicilərə fərqli emosional ovqat bəxş edərək musiqinin estetik və mənəvi təsir gücünü bir daha nümayiş etdirib.

Əqdəs Bağırzadənin kuratorluğu ilə təşkil olunan tədbir tamaşaçılarda xoş təəssüratlar oyadıb.

  • Növ :

    Muzeydə musiqi
  • Vaxt :

    20 May 2026 - 20 May 2026

event gallery