Mayın 16-da Azərbaycan Milli İncəsənət Muzeyində “Muzeydə musiqi” layihəsi çərçivəsində Azərbaycan Milli Konservatoriyasının nəzdində Musiqi Kollecinin “Xalq çalğı alətləri” orkestrinin konsert proqramı təqdim olunub.

Bədii rəhbər və dirijor Pərvin Mahmudovanın rəhbərliyi ilə keçirilən musiqi axşamında Camal Əliyev, Fərəh Əliyeva, Ayşən Umudova və Yasəmən Umudova çıxış ediblər.
Konsert proqramında Azərbaycan milli musiqi irsinin zəngin ənənələrini əks etdirən əsərlər səsləndirilib. Xalq çalğı alətlərinin ahəngi və milli ifaçılıq sənətinin incəlikləri dinləyicilərə təqdim olunaraq muzey məkanında xüsusi musiqi atmosferi yaradıb.
Musiqi axşamı tamaşaçılar tərəfindən maraqla qarşılanıb və iştirakçılara milli musiqi sənətinin estetik zənginliyini yaxından hiss etmək imkanı bəxş edib.
Növ :
Muzeydə musiqiVaxt :
16 May 2026 - 16 May 2026event gallery