Aprelin 25-də Azərbaycan Mİlli İncəsənət Muzeyində DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin Kamera orkestrinin “Fərqliliyin harmoniyası” adlı konsert proqramı keçirilib.

Aprelin 25-də Azərbaycan Mİlli İncəsənət Muzeyində DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin Kamera orkestrinin “Fərqliliyin harmoniyası” adlı konsert proqramı keçirilib.

Bədii rəhbər və dirijor Mustafa Mehmandarovun rəhbərliyi ilə baş tutan konsertdə mərkəzin həssas qruplardan olan istedadlı üzvləri peşəkar solistlərlə birlikdə çıxış ediblər. Proqram çərçivəsində Azərbaycan və Avropa bəstəkarlarının seçilmiş əsərləri səsləndirilib.

Konsert inklüziv sənətin inkişafına dəstək olmaqla, fərqliliklərin harmoniyasını musiqi dili ilə ifadə edib.

Tədbir dinləyicilər tərəfindən böyük maraq və alqışlarla qarşılanıb.

  • Növ :

    Muzeydə musiqi
  • Vaxt :

    25 Aprel 2026 - 25 Aprel 2026

event gallery