Fevralın 4-də Azərbaycan Milli İncəsənət Muzeyində “Muzeydə musiqi” layihəsi çərçivəsində gənc ifaçı, beynəlxalq müsabiqələr laureatı Cavidan Babazadənin solo konserti keçirilib.

Fevralın 4-də Azərbaycan Milli İncəsənət Muzeyində “Muzeydə musiqi” layihəsi çərçivəsində gənc ifaçı, beynəlxalq müsabiqələr laureatı Cavidan Babazadənin solo konserti keçirilib.

2 Fevral – Gənclər Gününə həsr olunmuş konsert proqramı Əməkdar artist, sənətşünaslıq üzrə fəlsəfə doktoru İlham Nəzərovun rəhbərliyi ilə hazırlanıb. Konsert proqramı fortepianoda Azərbaycan Milli Konservatoriyasının baş müəllimi Svetlana Əhmədova tərəfindən müşayiət olunub. Proqrama, həmçinin Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının IV kurs tələbəsi, beynəlxalq müsabiqələr laureatı Nuray İsmayılova da qatılıb.

Azərbaycan, rus və Qərbi Avropa bəstəkarlarının əsərlərinin səsləndirildiyi konsert gənc ifaçıların peşəkar səhnə təcrübəsinin artırılması, klassik musiqinin təbliği və muzey məkanında canlı musiqi ənənəsinin davam etdirilməsi baxımından dinləyicilər tərəfindən maraqla qarşılanıb.

  • Növ :

    Muzeydə musiqi
  • Vaxt :

    4 Fevral 2026 - 4 Fevral 2026

event gallery