Yanvarın 14-də Azərbaycan Milli İncəsənət Muzeyində “Muzeydə musiqi” layihəsi çərçivəsində “Meridians III” adlı yeni ilin ilk konsert proqramı təqdim olunub.

Yanvarın 14-də Azərbaycan Milli İncəsənət Muzeyində “Muzeydə musiqi” layihəsi çərçivəsində “Meridians III” adlı yeni ilin ilk konsert proqramı təqdim olunub.

Konsert dahi fransız bəstəkarı Moris Ravelin anadan olmasının 150 illiyinə həsr edilib. Əqdəs Bağırzadənin kuratorluğu ilə hazırlanan proqramda dünya musiqi irsinin görkəmli nümayəndələrinin – Moris Ravel, Qabriel Fore, Nikolay Rimski-Korsakov, Aleksandr Borodin və Corc Gerşvinin əsərləri səsləndirilib.

Konsertdə Fəridə Məmmədova (soprano) və Yuliya Kərimova (fortepiano) çıxış ediblər.

Konsert çoxsaylı dinləyicilər tərəfindən böyük maraqla izlənilib. İmpressionist çalarlarla zəngin olan Ravel və Fore dünyasından başlayan musiqi səyahəti, rus klassikası, caz elementli Gerşvin ritmlərinin vəhdəti ilə dinləyicilərə fərqli janrların harmoniyasını hiss etdirib.

  • Növ :

    Muzeydə musiqi
  • Vaxt :

    14 Yanvar 2026 - 14 Yanvar 2026

event gallery