Dekabrın 24-də Azərbaycan Milli İncəsənət Muzeyində “Muzeydə musiqi” layihəsi çərçivəsində “Ruhun üç üzü” adlı konsert proqramı keçirilib.

Dekabrın 24-də Azərbaycan Milli İncəsənət Muzeyində “Muzeydə musiqi” layihəsi çərçivəsində “Ruhun üç üzü” adlı konsert proqramı keçirilib.

Proqramda Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının tələbələri çıxış edib.

Konsert sənətsevərləri kamera musiqisinin sehrli dünyasına səyahətə çıxarıb.

Konsert çoxsaylı dinləyicilər tərəfindən böyük maraqla izlənilib. Azərbaycan və dünya bəstəkarlarının əsərlərinin səsləndiyi proqram sənətsevərlərin gur və sürəkli alqışları ilə müşayiət olunub.

  • Növ :

    Muzeydə musiqi
  • Vaxt :

    24 Dekabr 2025 - 24 Dekabr 2025

event gallery