Dekabrn 20-də Azərbaycan Milli İncəsənət Muzeyində “Muzeydə musiqi” layihəsi çərçivəsində Azərbaycan SSRİ-nin Əməkdar İncəsənət xadimi, professor Fəridə Simuzər Quliyevanın 100 illik yubileyinə həsr olunan konsert proqramı keçirilib.

Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası “İxtisas fortepiano” kafedrasının Professor və dosentlərin iştirakı ilə keçirilən konsertdə yerli və dünya bəstəkarlarının əsərləri səsləndirilib.
Konsert proqramında Kəmalə Mirbabayeva, Arzu Məmmədova, Elnarə Kəbirlinskaya, Züleyxa Abdulla, Xədicə Rzayeva, Sevda Məmmədli, Zərif Kərimova, Nərgiz Kəngərli, Tofiyə Cavadova, Lalə Atakişiyeva çıxış ediblər.
Konsert çoxsaylı dinləyicilər tərəfindən böyük maraqla izlənilib. Klassik musiqinin incilərinin səsləndiyi proqram sənətsevərlərin gur və sürəkli alqışları ilə müşayiət olunub.
Növ :
Muzeydə musiqiVaxt :
20 Dekabr 2025 - 20 Dekabr 2025event gallery