Dekabrın 2-də Azərbaycan Milli İncəsənət Muzeyində “Muzeydə musiqi” layihəsi çərçivəsində Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin “Musiqi sənəti” fakültəsinin “İnstrumental ifaçılıq” kafedrasının müəllim və tələbələrinin “Rəsm sehrinin altında - Barokkodan bu günə… “ adlı konsert proqramı keçirilib.

Konsertdə tələbələr Sünbül Səfərli, Nərgiz Səfərli, Nüşabə Rüstəmova, Həmayə Baxışova, Rəvanə Musayeva, Ülviyyə Tağıyeva, Sevda Abbasova, Aynur Əhədova, Röya Əhmədova, Aysel Qafarova, Dilbər İslamova, Nəzrin Əsgərli, Ağa Babazadə, Leyla İsgəndərova, Cəmilə Hüseynzadə, Türkan Mustafayeva, Büsat Yusifzadə, Musa Musayev, Yəhya Rzayev və Ülvi Tahirov öz müəllimləri - Mirxalid Məmmədzadə, Zaur Məmmədov, Günel Quliyeva, Leyla Parlanova və Aydan Vəzirova - birlikdə çıxış ediblər.

Konsertin aparıcısı tələbə Kimya Cəfərli olub.

Proqramda Barokkodan müasir dövrə qədər dünya bəstəkarlarının unudulmaz əsərləri səsləndirilib.

Konsert çoxsaylı dinləyicilər tərəfindən böyük maraqla izlənilib. Klassik musiqi incilərinin səsləndiyi proqram sənətsevərlərin gur və sürəkli alqışları ilə müşayiət olunub.

  • Növ :

    Muzeydə musiqi
  • Vaxt :

    2 Dekabr 2025 - 2 Dekabr 2025

event gallery