Sentyabrın 3-də “Muzeydə musiqi” layihəsi yeni mövsümdə unudulmaz konsert proqramı ilə sənətsevərlərin görüşünə gəlib.
Sentyabrın 3-də “Muzeydə musiqi” layihəsi yeni mövsümdə unudulmaz konsert proqramı ilə sənətsevərlərin görüşünə gəlib.
Musiqi gecəsində beynəlxalq müsabiqələr laureatları- Teymur Kazımov (vokal), Camal Əliyev (piano) və Bakı Musiqi Akademiyasının müəllimi Dilarə Kərimova (konsertmeyster) çıxış ediblər. Onlar Azərbaycan və dünya bəstəkarlarının seçilmiş əsərlərini tamaşaçılara təqdim ediblər.
Konsert çoxsaylı dinləyicilər tərəfindən böyük maraqla izlənilib. Klassik musiqi incilərinin səsləndiyi proqram sənətsevərlərin gur və sürəkli alqışları ilə müşayiət olunub.
Növ :
Muzeydə musiqiVaxt :
3 Sentyabr 2025 - 3 Sentyabr 2025event gallery